Əlixan Musayev:
Kafirlər dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
(Qüreyşlilər) dedilər: “Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz!
Elmir Quliyev
:
Они (неверующие мекканцы) сказали: "Если мы последуем за верным руководством вместе с тобой, то мы будем выброшены из нашей земли". Разве Мы не закрепили за ними безопасного святилища, в которое привозят плоды любых видов в качестве пропитания от Нас? Однако большинство их не ведает этого.
Ələddin Sultanov:
(Müşriklər:) “Əgər biz səninlə birlikdə doğru yola tabe olsaq, yurdumuzdan çıxarılarıq”, - dedilər. Biz onları Öz tərəfimizdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, təhlükəsiz və müqəddəs bir yerdə (Məkkədə) məskunlaşdırmadıqmı?! Lakin onların çoxu bunu bilməz.
Kerbelayi Malik ağa:
‘Əgər səninlə birlikdə hidayətə tabe olsaq, yurdumuzdan qovularıq.’ dedilər. Onları dərgahımızdan ruzi olaraq hər növ məhsuldan toplanıb onlara gətirildiyi haram qılınan (hörmət edilən yerdə, Məkkədə) təhlükəsiz yerdə yerləşdirmədikmi? Lakin onların çoxu bunu bilməzlər.
Ələsgər Musayev:
Dedil?r: «?g?r, biz tabe olsaq s?ninl? birlikd? hiday?t?, ?rzimizd?n qovulmus olacag?q». ?, Biz onlar ucun m?kan etm?dikmi qadagan olunmusu ?min-aman olaraq – c?m olur ona t?r?f s?marat? kulli seyin ruzi Bizim yan?m?zdan v? lakin ?ks?riyy?ti onlar?n bilm?zl?r?!
A.Mehdiyev və D.Cəfərli:
(Məkkə müşrikləri başqa bir bəhanə gətirərək) dedilər: «Əgər səninlə birlikdə haqq yola tabe olsaq, (başqa müşriklər) bizi torpaqlarımızdan (yurdlarımızdan) didərgin salar (və ölümə və əsirliyə sürükləyərlər)». Məgər Biz onları hər növ məhsulun daşınıb gətirildiyi əmin-amanlıq (hökm sürən) bir Hərəmdə yerləşdirmədikmi?! (Bu) Bizim tərəfimizdən (verilən) bir ruzidir, lakin onların əksəriyyəti (bunun qədrini) bilmirlər.
Kövsər Tağıyev:
Onlar: “Əgər sizinlə birlikdə doğru yolu tutsaq, öz yurdumuzdan didərgin salınarıq”, – dedilər. Məgər biz onları –tərəfimizdən bir ruzi olaraq – cürbəcür meyvə və məhsulların toplandığı müqəddəs və əmin bir yerə yerləşdirmədikmi? Lakin onların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər “Əgər biz səninlə birlikdə düz yol göstəricisinin ardınca getsək, dərhal öz yerimizdən, yurdumuzdan edilərik." Məgər Biz hər cür mer-meyvənin Bizdən ruzi olaraq yığılıb toplandığı təhlükəsiz, müqəddəs bir yeri onlar üçün məskunlaşdırmadıqmı? Lakin onların çoxu bunu bilmir.
Sabirə Dünyamalıyeva:
Və onlar: "Biz səninlə birlikdə, göstərilən doğru yola uysaq, yurdumuzdan qovularıq" dedilər. Biz onları, Öz tərəfimizdən bir ruzi olaraq, hər şeyin meyvələrinin daşınıb gətirildiyi, təhlükəsiz, toxunulmaz bir yerə/Məkkəyə[#181] yerləşdirmədikmi? Lakin onların çoxu bilmir.