Ənkəbut Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!
Elmir Quliyev :
Каждая душа вкусит смерть, а потом вы будете возвращены к Нам.
Ələddin Sultanov:
Hər can ölümü dadacaqdır! Sonra siz Bizə qaytarılacaqsınız.
Kerbelayi Malik ağa:
Bütün nəfslər ölümü dadacaqdır. Sonra Bizə döndürüləcəksiniz.
Ələsgər Musayev:
Külli nəfs ölüm tamını dadacaq, sonra Bizə tərəf müraciət edəcəksiniz!
A.Mehdiyev və D.Cəfərli:
Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə Cəhənnəmimizə) qaytarılacaqsınız!
Kövsər Tağıyev:
Hər can ölümü dadacaq. Sonra bizim hüzurumuza qaytarılacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər kəs ölümü dadacaqdır. Sonra isə Bizə qaytarılacaqsınız.
Sabirə Dünyamalıyeva:
Hər kəs [hər canlı varlıq] ölümü dadacaqdır. Sonra da yalnız Bizə qaytarılacaqsınız.