Zümər Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!”
Bünyadov-Məmmədəliyev:
Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” söyləməsin.
Elmir Quliyev :
Или чтобы не пришлось ему говорить: "Если бы Аллах наставил меня на прямой путь, то я был бы одним из богобоязненных".
Ələddin Sultanov:
Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, əlbəttə, mən müttəqilərdən olardım”, - deməsin.
Kerbelayi Malik ağa:
Yaxud: ‘Şübhəsiz ki, əgər Allah məni hidayətə ərdirsəydi, mən mütləq təqva sahiblərindən olardım.’ deyənlərdən (olmayın).
Ələsgər Musayev:
Ya deyər: “Əgər Allah məni hidayət etsəydi, müttəqilərdən olardım!”
A.Mehdiyev və D.Cəfərli:
Yaxud da (məbada kimsə) «əgər Allah məni doğru yola yönəltsəydi mütləq təqvalılardan olardım» desin.
Kövsər Tağıyev:
Yaxud: “Allah məni doğru yola yönəltsəydi, əlbəttə, Ona qarşı gəlməkdən çəkinənlərdən olardım”, deməsin.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud: "Əgər Allah mənə düz yol istərsəydi, mən Allahdan qorxanlardan olardım!" - deməsin.
Sabirə Dünyamalıyeva:
yaxud da "Allah mənə doğru yolu göstərsəydi, hər halda mən Allahın mühafizəsi altına daxil olan şəxslərdən olardım" deməsindən