Əlixan Musayev:
Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri (özünüzə) dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun!
Elmir Quliyev
:
О те, которые уверовали! Не считайте тех, которым Писание было даровано до вас и которые глумятся над вашей религией и считают ее развлечением, и неверующих своими помощниками и друзьями. Бойтесь Аллаха, если вы являетесь верующими.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilənlərdən və kafirlərdən dininizi lağa qoyan və ona oyun-əyləncə kimi baxan kimsələrlə dostluq etməyin! Əgər möminsinizsə, Allahdan qorxun!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Sizdən əvvəl özlərinə Kitab verilmiş olanlardan dininizi ələ salıb, oyun-oyuncaq sayanları və kafirləri dost tutmayın. Əgər möminlərsinizsə, Allaha qarşı təqva sahibi olun.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Heç vaxt
sizdən qabaq kitab verilənlərdən və kafirlərdən ki, sizin
dininizi məsğərə edib və oyuna tuturlar, dost götürməyin və
qorxun Allahdan, əgər oldunuz inananlar!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun.
Kövsər Tağıyev:
Ey iman edənlər! Sizdən əvvəl kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq yerinə qoyanları və digər kafirləri dost tutmayın. Əgər möminlərsinizsə, Allaha qarşı gəlməkdən çəkinin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Sizdən əvvəl Kitab bəxş olunanlar içərisindən dininizi ələ salıb oyuncaq hesab edənləri və kafirləri dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Sizdən əvvəl kitab verilmiş kəslərdən və kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdən] dininizi lağa qoyan və oyun-oyuncaq sayanları [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Əgər möminsinizsə, Allahın mühafizəsi altına daxil olun.