Vaqiə Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi Biz yaratdıq. Bəs üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz?
Bünyadov-Məmmədəliyev:
(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?
Elmir Quliyev :
Мы сотворили вас. Почему же вы не признаете воскрешения?
Ələddin Sultanov:
Sizi Biz yaratdıq. (Elə isə təkrar dirilməni) təsdiqləməli deyilsinizmi?
Kerbelayi Malik ağa:
Sizi Biz yaratdıq. Hələ təsdiq etmirsiniz?
Ələsgər Musayev:
Biz xəlq etdik sizi. Məgər doğru saymazsınızmı?
A.Mehdiyev və D.Cəfərli:
Sizi Biz yaratmışıq. Bəs üçün (dünyada tovhid risaləti, eləcə axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!
Kövsər Tağıyev:
Sizi biz yaratdıq. Hələ təsdiq etməyəcəksiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sizi yaratdıq. Bunu [dirildiləcəyinizi] təsdiqləməniz gərək deyilmi?
Sabirə Dünyamalıyeva:
Biz, sizi yaratdıq; təsdiq etməli deyilsinizmi?