Əlixan Musayev:
Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız.
Bünyadov-Məmmədəliyev:
Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!
Elmir Quliyev
:
Он — Тот, Кто направляет ветры добрыми вестниками Своей милости. Когда же они приносят тяжелые облака, Мы пригоняем их к мертвой земле, проливаем воду и посредством этого взращиваем всевозможные плоды. Таким же образом Мы воскрешаем мертвых. Быть может, вы помяните назидание.
Ələddin Sultanov:
Küləkləri mərhəmətinin önündə (yağışdan əvvəl) müjdəçi olaraq göndərən Odur. Nəhayət, (küləklər) ağır buludları yükləndiyi zaman onları ölü (qurumuş) bir məmləkətə göndərərik. Beləcə, ora suyu endirərik və onunla hər cür meyvələri (torpaqdan) çıxardarıq. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız.
Kerbelayi Malik ağa:
Rəhmətin önündə müjdələyici olaraq küləkləri göndərən Odur. Ağır buludları yükləndiyi zaman onu ölü bir diyara göndərdik və ondan su endirdik. Bu şəkildə onunla bütün məhsullardan çıxartdıq. Bunun kimi ölüləri çıxararıq. Bəlkə təzəkkür edərsiniz.
Ələsgər Musayev:
O – Odur ki, göndərir küləkləri bəşarət olaraq Öz rəhməti önündə, ta ağır buludları hərəkətə gətirsin. Biz onları ölü şəhərə tərəf göndəririk və onlardan su nazil edirik və xaric edirik onunla külli səməratdan. Beləcə xaric edərik ölüləri, ola ki, yad edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Küləkləri rəhmətindən (yağışdan) qabaq müjdəçi olaraq göndərən Odur. Belə ki, (külək) ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu (yağış, qar və dolu şəklində) nazil edir, bu yolla (torpaqdan) hər növ meyvə və toxum çıxarırıq. (Qiyamət günü) ölüləri də belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət aldınız.
Kövsər Tağıyev:
O, küləkləri rəhmətinin önündə müjdə olaraq göndərəndir. Nəhayət, küləklər ağır buludları daşıdığı vaxt onları ölü bir məmləkət(i diriltmək) üçün sövq edər, suyu oraya endirərik. Onunla növbənöv meyvələr çıxararıq. Ölüləri də elə çıxaracağıq. Bəlkə ibrət götürüb düşünərsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Küləkləri Öz mərhəməti [yağış] önündə müjdəçi kimi göndərən Odur. (Küləklər) dolu buludlar gətirərkən Biz onları ölü [bitkisiz] bir diyara tərəf qovur, ondan su endirir, bununla da hər cür meyvə bitiririk. Ölüləri də beləcə dirildəcəyik ki, bəlkə siz düşünüb ibrət alasınız.
Sabirə Dünyamalıyeva:
Və O, yada salasınız/öyüd alasınız deyə, rəhmətindən əvvəl küləkləri müjdəçi/paylayıcı/yayıcı olaraq göndərir. O küləklər, yağış buludlarını daşıyarken, onu quraqlıq olan bir məmləkətə göndərir, sonra onunla suyu endiririk. Beləliklə, onunla hər cür məhsul çıxarırıq. Bax Biz, ölüləri də belə çıxaracağıq.