Ənfal Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri dağıt ki, bəlkə ibrət alsınlar.
Bünyadov-Məmmədəliyev:
Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirtsən), onlar ilə (onlara tutacağın divanla, verəcəyin cəza ilə) arxalarında olan kimsələri (qorxudub) dağıt ki, onlar (bundan) ibrət alsınlar (bir daha əhdi pozmağa cürət etməsinlər)!
Elmir Quliyev :
Если ты встретишься с ними в битве, то покарай их сурово, дабы рассеять тех, кто позади них, быть может, они помянут назидание.
Ələddin Sultanov:
Əgər müharibədə onları tutsan, onlarla (onlara verəcəyin cəza ilə) arxalarındakı kimsələri dağıt ki, bəlkə onlar ibrət alalar! (Yuxarıdakı ayələrdə sözügedən kimsələr, yəhudi qəbilələrindən biri olan Qüreyzə oğullarıdır. Onlar Həzrət Peyğəmbərlə sülh müqaviləsi bağladıqları halda müşriklərə silah yardımı etmişdilər. Sonra unutduqlarını söyləyərək üzrxahlıq etdilər. Təkrar sülh müqaviləsi bağlandıqdan sonra yenə müşriklərlə əlbir oldular.)
Kerbelayi Malik ağa:
Lakin onları döyüşdə ələ keçirdiyin zaman, elə qorxut ki, onların arxasındakılar beləcə təzəkkür etsinlər (düşünüb ibrət alsınlar).
Ələsgər Musayev:
vaxt ki, müharibədə tapsan onları o kəsləri ki, onlardan arxadadırlar, dağıt onları, ola ki, yad etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, əgər döyüşdə onları ələ keçirsən, onlarla (onlara ağır cəza verməklə), arxalarınca gedənləri qovub dağıt bəlkə ibrət alsınlar (və döyüş fikrinə düşməsinlər).
Kövsər Tağıyev:
Əgər onları savaşda ələ keçirsən, bunlar(a verəcəyin cəza) ilə onların arxalarında olanları da dağıt ki, ibrət götürsünlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər döyüşdə onları yaxalasan, ibrət almaları üçün onlar ilə (onlara verəcəyi cəza ilə) arxalarındaki kəsləri dağıt.
Sabirə Dünyamalıyeva:
Artıq onları hərbdə; darmadağın etmək işində yaxalasan, ibrət almaqları üçün onlarla birgə onların arxasındakı kəsləri dağıt.