Əlixan Musayev:
Əmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq.
Bünyadov-Məmmədəliyev:
(Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!
Elmir Quliyev
:
Когда же явилось Наше веление, Мы по Своей милости спасли Худа и тех, кто уверовал вместе с ним. Мы избавили их от лютой кары.
Ələddin Sultanov:
Əmrimiz gəldiyi zaman Hudu və onunla birlikdə iman gətirənləri mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq.
Kerbelayi Malik ağa:
Əmrimiz gəldiyi zaman Bizdən bir rəhmət ilə Hudu (ə.s) və onunla birlikdə amənu olanları qurtardıq. Onları ağır bir əzabdan xilas etdik.
Ələsgər Musayev:
Amma elə ki, Bizim əmrimiz gəldi,
Huda və o kəslərə ki, onunla iman gətiriblər, Öz rəhmətimizlə
nicat verdik və onlara nicat verdik qəliz əzabdan.
A.Mehdiyev və D.Cəfərli:
Və (onların əzabı barədə) Bizim əmrimiz (mələklərə) yetişən və Bizim istəyimiz qətiləşən zaman Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq.
Kövsər Tağıyev:
Həlak əmrimiz gəldiyi zaman Hudu və onunla birlikdə iman edənləri rəhmətimizlə xilas etdik. Onları ağır bir əzabdan qurtardıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əmrimiz gəldikdə Biz Hudu və onunla iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları şiddətli bir əzabdan qurtardıq.
Sabirə Dünyamalıyeva:
Və nə zaman ki, əmrimiz gəldi, Hudu və onunla birgə iman edən kəsləri Öz tərəfimizdən bir rəhmət ilə xilas etdik, Biz onları çox ağır bir əzabdan da xilas etdik.