Hicr Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Biz günahkar adamları (məhv etməyə) göndərilmişik.
Bünyadov-Məmmədəliyev:
(Mələklər) belə cavab verdilər: “Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv etmək üçün) göndərilmişik.
Elmir Quliyev :
Они сказали: "Мы посланы к грешным людям.
Ələddin Sultanov:
Onlar dedilər: “Şübhəsiz ki, biz günahkar bir qövmə (əzab vermək üçün) göndərilmişik.
Kerbelayi Malik ağa:
‘Şübhəsiz ki, biz günahkar bir qövmə göndərildik.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Həqiqətən, biz cərimə olunmuş qouma göndərilmişik
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Biz günahkar bir qövmə (Lut qövmünə) göndərilmişik (ki, onları həlak edək)».
Kövsər Tağıyev:
Belə dedilər: “Şübhəsiz, biz günahkar bir millətə göndərilmişik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər 'Biz günah işlətmiş adamlara (cəza vermək üçün) göndərilmişik,
Sabirə Dünyamalıyeva:
Elçilər: "Şübhəsiz ki, biz günahkar bir tayfaya göndərilmişik. Yalnız Lutun ailəsi istisnadır."