Məryəm Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin nəslindən, İbrahimin İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə ər-Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır.
Bünyadov-Məmmədəliyev:
Bunlar Adəmi Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir].
Elmir Quliyev :
Это те, кого облагодетельствовал Аллах, из числа пророков, которые были потомками Адама и тех, кого Мы спасли вместе с Нухом (Ноем), и потомками Ибрахима (Авраама) и Исраила (Израиля), и из числа тех, кого Мы наставили на прямой путь и избрали. Когда им читали аяты Милостивого, они падали ниц и рыдали.
Ələddin Sultanov:
Onlar Allahın nemət verdiyi peyğəmbərlərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim İsrailin (Yaqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
Kerbelayi Malik ağa:
Onlar Allahın özlərinə nemət verdiyi nəbilərdəndir. Adəmin (ə.s) nəslindən Nuhla (ə.s) birlikdə gəmidə daşıdıqlarımızdan İbrahim (ə.s) İsrailin (ə.s) nəslindən Bizim hidayətə ərdirdiklərimizdən seçdiklərimizdəndir. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdə edərək yerə qapanırdılar.
Ələsgər Musayev:
Həmin o kəslərdir ki, Allah nemət verib üzərinə onların Adam zürriyyətindən olan nəbilərdən o kəslərdən ki, Nuhla birlikdə yükləyib daşıdıq zürriyyətindən Ibrahimin Israilin o kəslərdən ki, hidayət etmişik seçmişik. Onda ki, tilavat olunur onlara Rəhmanın ayətləri, xar olurlar səcdəynən ağlar halda.
A.Mehdiyev və D.Cəfərli:
Bunlar (bu on peyğəmbər Məryəm) Allahın peyğəmbərlərdən Adəmin övladlarından, (İdrisdən başqa hamısı Nuhun) Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz (övladlarının nəslindən olan) kəslər(in nəslin)dən, (Bəni-İsrail peyğəmbərləri Məryəm kimi) İbrahim İsrailin övladlarından, hidayət etdiyimiz seçdiyimiz şəxslərdən olan (peyğəmbərlərdən) nemət (peyğəmbərlik, din səma kitabı) əta etdiyi kəslərdir. Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri ya Onun tovhid əzəmət nişanələri) onlara oxunan zaman ağlar səcdə edən halda üzü üstə düşərdilər.
Kövsər Tağıyev:
Bunlar Adəmin Nuh ilə birlikdə (gəmiyə) mindirdikləmizin soyundan, İbrahimin, Yaqubun (İsrailin) doğru yola yönəldib seçdiklərimizin soyundan nemət verdiyimiz nəbilərdir. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanardılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar Adəm nəslindən, Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız kəslərin, İbrahim, İsrail düz yola çıxarıb seçdiklərimizin nəslindən olub Allahın mərhəmət bəxş etdiyi peyğəmbərlərdəndir. Mərhəmətli Allahın ayələri onlara oxunanda onlar ağlaya-ağlaya səcdəyə qapanırdılar.
Sabirə Dünyamalıyeva:
Bax bunlar, Adəmin nəslindən, Nuh ilə birgə daşıdıqlarımızdan, İbrahimin İsrailin nəslindən, bələdçilik etdiyimiz seçdiyimiz peyğəmbərlərdən Allahın nemət verdiyi kəslərdir. Onlar Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] ayələri oxunduğu zaman ağlayaraq boyun əyib tabeçilik göstərərək üzü üstə yerə düşürdülər.