Bəqərə Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman Biz dedik: “Bu kəndə daxil olun orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə (mükafatlarını) artırarıq.
Bünyadov-Məmmədəliyev:
Xatırlayın ki, (Tih səhrasından çıxandan sonra ) sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin buranın qapısından (Allaha) səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq”, -demişdik.
Elmir Quliyev :
Вот Мы сказали: "Войдите в этот город и ешьте вволю, где пожелаете. Войдите во врата, поклонившись, и скажите: "Прости нас!" Мы простим ваши прегрешения и приумножим награду творящим добро".
Ələddin Sultanov:
Vaxtilə (yəhudilərə) belə demişdik: “Bu kəndə girin bəyəndiyiniz yerdə, istədiyinizdən bol-bol yeyin! Qapısından da (Allaha) səcdə edərək daxil olun və: “Hittə!” (Bizi bağışla!) deyin ki, Biz sizin günahlarınızı bağışlayaq!” Yaxşı işlər görənlər üçün (mükafatlarını) artıracağıq.
Kerbelayi Malik ağa:
O zaman demişdik ki: ‘Bu qəsəbəyə girin, beləcə Onun nemətlərindən dilədiyiniz yerdən bol-bol yeyin. Qapıdan səcdə edərək girin ‘hıtta’ (günahlarımızın bağışlanmasını diləyirik) deyin. Biz sizin günahlarınızı məğfirət edək (günahlarınızı savaba çevirək). Muhsinlərə (nemətlərimizi) artıracağıq.’
Ələsgər Musayev:
Onda dedik Biz: «Daxil olun bu kəndə yeyin oradan heysiniz istəyən qida daxil olun qapıya səcdəynən deyin: “Hiddətlənmə” bağışlayaq sizin üçün xətalarınızı». artırarıq yaxşılara.
A.Mehdiyev və D.Cəfərli:
(yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun oranın istədiyiniz yerindən bolluca yeyin bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun «(ilahi, bizim istəyimiz) günahların tökülməsidir» deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı görənləri(n savabını) artıracağıq.
Kövsər Tağıyev:
Bir vaxt: “O ölkəyə1 girin. Orada istədiyiniz kimi bol-bol yeyin. Qapısından əyilərək təvazö ilə girin “hıtta!” (Ya Rəbb, bizi əfv et) deyin ki, biz sizin xətalarınızı bağışlayaq. Yaxşılıq edənlərə isə daha artığını verəcəyik”, demişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz dedik: "Bu kəndə girərək, orada istədiyiniz şeylərdən bol-bol yeyin. Səcdə edib: "Günahları bağışla!" deyərək qapıdan daxil olun." Biz günahlarınızı sizə bağışlar, xeyir əməllər tutanların isə (mükafatını) artırarıq.
Sabirə Dünyamalıyeva:
bir zamanlar Biz belə demişdik: "Bu şəhərə daxil olun onun nemətlərindən dilədiyiniz şəkildə bol-bol yeyin. O qapıdan da boyun əyib tabeçilik göstərərək; onlara təbəə/vətəndaş olaraq, azğınlıq etmədən, səhv işi, öz zərərinizə olan işi işləmədən daxil olun ‘hittə’ [bizi bağışla] deyin. [Belə edin] ki, günahlarınızı bağışlayaq, yaxşı-gözəl əməl işləyənlərə nemətlərimizi daha da artıracağıq."