Əlixan Musayev:
Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et (və ya Onun nemətlərinə şükür edərək namaz qıl). (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər.
Elmir Quliyev
:
Уповай на Живого, Который не умирает, и прославляй Его хвалой. Довольно того, что Он ведает о грехах Своих рабов.
Ələddin Sultanov:
Ölümsüz və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et! Onun, qullarının günahlarından xəbərdar olması kifayətdir.
Kerbelayi Malik ağa:
Ölümsüz olub daim hayy (həyatda) olana (Allaha) təvəkkül et (güvən və vəkil təyin et). Onu həmd ilə təsbeh et. Onun qullarının günahlarından xəbərdar olması kifayət edər .
Ələsgər Musayev:
Təvəkkül et üzərinə diri olanın – Odur ki, ölməz və saya sal həmd ilə Onu. Kafidir Onun Öz bəndələrinin günahlarına Xəbir olması.
A.Mehdiyev və D.Cəfərli:
Heç vaxt ölməyən O diriyə təvəkkül et və Onu həmd-səna ilə birgə pak sifətlərlə mədh et (və hər bir nöqsandan uzaq və pak bil). Bəndələrinin günahlarından Onun xəbərdar olması kifayətdir.
Kövsər Tağıyev:
Sən o ölməz və daim diri olana (Allaha) təvəkkül et. Onu həmd ilə təsbih et. Qullarının günahlarından haqqı ilə xəbərdar olaraq O yetər!
M.Qənioğlu və T.Bilaloğlu:
Heç vaxt ölməyən həmişəyaşara [Allaha] təvəkkül et və Ona həmd edərək təriflər de. Onun Öz bəndələrinin günahlarından xəbərdar olması kifayətdir.
Sabirə Dünyamalıyeva:
Və sən, ölməyənə, həmişə diri olana təvəkkül et və Onun tərifi ilə birlikdə bütün nöqsanlıqlardan pak gör. Öz bəndələrinin günahlarından, O ölməyən, daim diri olan [Allahın] xəbərdar olması kifayətdir.