Əlixan Musayev:
Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
Bünyadov-Məmmədəliyev:
Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər vasitəsilə Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş!
Elmir Quliyev
:
Мы пролили на них дождь. Как же пагубен дождь тех, кого предостерегали!
Ələddin Sultanov:
Onların üstünə (qızmar gildən) bir yağış yağdırdıq. Xəbərdar edilənlər nə pis yağışa tutuldular!
Kerbelayi Malik ağa:
Onların üzərinə yağış yağdırdıq. Elə bir yağış ki, xəbərdar edilənlərin yağışı çox pis oldu.
Ələsgər Musayev:
Və onların üzərinə yağış yağdırdıq. Nəzərlərinə çatdırılanların yağışı çox pisdir!
A.Mehdiyev və D.Cəfərli:
Onların başına (daşdan) yağış yağdırdıq. O qorxudulanların yağışı nə yaman pis bir yağış idi!
Kövsər Tağıyev:
Onların üzərinə bir yağmur (kimi daş) yağdırdıq. (Başlarına gələcək müsibət barəsində) xəbərdar edilənlərin yağmuru nə pis idi!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlann üzərinə şiddətli yağış yağdırdıq. Xəbərdarlıq və öyüd- nəsihət verilmişlərin yağışı nə pis olur!
Sabirə Dünyamalıyeva:
Və onların üstünə elə bir yağış yağdırdıq ki! Xəbərdarlıq edilənlərin yağışı necə də yaman idi!