Əlixan Musayev:
İman gətirib xeyirxah işlər görənləri (ağacları) altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir!
Elmir Quliyev
:
Тех, которые уверовали и совершали праведные деяния, Мы непременно поселим в горницах в Раю, в котором текут реки. Они пребудут там вечно. Как же прекрасно вознаграждение тружеников,
Ələddin Sultanov:
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənləri içində əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnət köşklərinə yerləşdirəcəyik. Yaxşı əməl edənlərin mükafatı necə də gözəldir!
Kerbelayi Malik ağa:
Onlar ki, amənu oldular və saleh əməl (nəfsi islahedici əməl) işlədilər. Onları mütləq altından çaylar axan cənnətdə köşklərə yerləşdirəcəyik. Orada əbədi olaraq qalacaqlar. Saleh əməl (nəfsi islahedici əməl) işləyənlərin əcri (mükafatı) nə gözəldir!
Ələsgər Musayev:
O kəslər ki, inanırlar və əməli salehdirlər, Biz onları cənnətdə qürfələrdə yerləşdirərik, cari olur altından onun nəhrlər, həmişəlik orada qalacaqlar. Nemətlidir əməl edənlərin əcri –
A.Mehdiyev və D.Cəfərli:
İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!
Kövsər Tağıyev:
İman edib saleh işlər görənlər ki var, onları içindən çaylar axan və orada əbədi qalacaqları cənnət köşklərinə yerləşdirəcəyik. Çalışanların mükafatı nə gözəldir!
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib əməlisaleh olanları isə dibindən çaylar axan cənnətdəki hücrələrdə yerləşdirəcəyik və onlar orada əbədi qalacaqlar. Xeyir əməllilərin mükafatı nə gözəldir!
Sabirə Dünyamalıyeva:
Və iman etmiş, yaxşılaşdırmaq qayəsi ilə əməl işləmiş kəslər, əlbəttə Biz onları, içində əbədi qalacaqları cənnətdə, altından çaylar axan köşklərdə yerləşdirəcəyik.