Əlixan Musayev:
Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!
Elmir Quliyev
:
Они говорят: "Наши боги лучше или он?" Они приводят его тебе в пример только для того, чтобы поспорить. Они являются людьми препирающимися!
Ələddin Sultanov:
Onlar: “Bizim ilahlarımız daha yaxşıdır, yoxsa İsa?” - dedilər. Bunu sənə yalnız mübahisə etmək üçün deyirdilər. Xeyr! Onlar höcətləşən kimsələrdir.
Kerbelayi Malik ağa:
‘Bizim ilahlarımızmı xeyirli yoxsa Omu?’ dedilər. Sənə bu örnəyi səninlə mübarizə etmək məqsədilə söylədilər. Xeyr, onlar düşmən bir qövmdür.
Ələsgər Musayev:
və
dedilər: «Ə, ilahilərimiz xeyirlidir, yoxsa o?» Zərbə vururlar
onu sənin üçün ancaq mücadilə etməkdən ötrü. Bəli, onlar
xosunlaşan qoumdur!
A.Mehdiyev və D.Cəfərli:
Və (öz tanrılarını üstün tutmaq məqsədi ilə) dedilər: «Bizim tanrılarımız yaxşıdır, yoxsa o? (Əgər o, tanrı və məbud olmuş olsa, allahlığa bizim tanrılarımız daha layiqdir.)» Bu məsəli sənin üçün yalnız (batil) mübahisə məqsədi ilə çəkdilər. (Çünki sən onun tanrılığını qəbul etməmisən.) Əslində onlar inadkar və davakar bir dəstədirlər.
Kövsər Tağıyev:
“Bizim tanrılarımız xeyirlidir, yoxsa İsa?” – dedilər. Bunu sadəcə səninlə mübahisə etmək üçün ortaya atdılar. Şübhəsiz, onlar höcətləşən bir qövmdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Bizim tanrılarımız yaxşıdır, yoxsa İsa?" Bunu isə onlar sənə ancaq mübahisə xatirinə dedilər. Axı onlar höcəti çox sevən adamlardır.
Sabirə Dünyamalıyeva:
Və sənin qövmün: "Bizim məbudlarımız daha xeyirlidir, yoxsa o Məhəmməd/İsa?" dedilər. Bu məsəli sırf səninlə mübahisə etmək üçün meydana atdılar. Əslində onlar, həddindən artıq düşmənçilik edən bir qövmdür.