Əlixan Musayev:
Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır.
Bünyadov-Məmmədəliyev:
Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır.
Elmir Quliyev
:
Когда вы призываете на намаз, они насмехаются над ним и считают его развлечением. Это потому, что они — люди неразумные.
Ələddin Sultanov:
Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun-əyləncə kimi baxarlar. Bu ona görədir ki, onlar düşünüb-daşınmayan bir qövmdür.
Kerbelayi Malik ağa:
Namaza çağırdığınız (azan oxuduğunuz) zaman onu lağa qoyub oyun-oyuncaq saydılar. Bu onların ağıl işlətməyən bir qövm olmaları səbəbiylədir.
Ələsgər Musayev:
Onda ki, islahata tərəf dəvət edirsiniz, onlar onu istehza
edib və əyləncə sayırlar! Bu, ona görədir ki, onlar əql etmiyən
qoumdur!
A.Mehdiyev və D.Cəfərli:
(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar.
Kövsər Tağıyev:
Siz namaza çağırdığınız zaman onlar onu ələ salıb oyun-oyuncaq yerinə qoyarlar. Bu, şübhəsiz ki, onların ağılsız bir qövm olduqları üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz namaza çağırdığınız zaman onlar bunu məsxərəyə qoyub oyun hesab edirlər. Bu ona görədir ki, onlar anlamaz adamlardır.
Sabirə Dünyamalıyeva:
Və siz, onları səlata [maddi və zehni baxımdan dəstək olmağa; cəmiyyəti maarifləndirməyə] çağırdığınız zaman, onlar onu məsxərə və oyun-oyuncaq qəbul edirlər. Bu, onların, ağıllarını işlətməyən bir tayfa olmasındandır.