Əlixan Musayev:
Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. (Bilmir nə etsin,) körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!
Bünyadov-Məmmədəliyev:
Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları Allaha isnad edirlər. )
Elmir Quliyev
:
Он прячется от людей из-за дурной вести. Оставит ли он себе ребенка с позором или же закопает ее в землю? Воистину, скверны их решения!
Ələddin Sultanov:
Ona verilən pis müjdə səbəbilə insanlardan gizlənər. O, onu (qız övladını) zəlillik içində yanındamı saxlasın, yoxsa torpağamı basdırsın (deyə düşünər). Görün, verdikləri hökm necə də pisdir! (Hüzaa və Kinanə qəbilələri: “Mələklər Allahın qızlarıdır!” - deyirdilər. Halbuki özləri qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Yuxarıdakı ayədə onların bu hərəkətləri təsvir edilməkdədir.)
Kerbelayi Malik ağa:
Müjdələndiyi bəd xəbərin üzündən camaatından qaçıb gizlənər. Onu zəlilliklə saxlasınmı yoxsa onu torpağamı gömsün? Verdikləri qərar necə də pisdir, elə deyilmi?
Ələsgər Musayev:
O bəşarətin pisliyindən
ki, ona veriblər, özünü qoumundan gizlədir: onu zillətlə
saxlasın, yoxsa diri –diri torpağa basdırsın? Ə, məgər yoxmu?
Nə ki, hökm edirlər, pisdir.
A.Mehdiyev və D.Cəfərli:
O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!
Kövsər Tağıyev:
Ona verilən pis müjdə (!) səbəbi ilə camaatdan gizlənər. İndi utanc içində onu saxlayacaq, yoxsa torpağa göməcək? Gör necə də pis hökm verirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
və verilən müjdənin dərdindən adamların gözünə görünməz; o, bunu [körpəni] "rüsvayçılıqla" saxlasınmı, yoxsa torpağa gömsün? Onlar necə iyrənc hökmlər verirlər!
Sabirə Dünyamalıyeva:
Ona verilən xəbərin/müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər; alçaq və xəcalətli olduğu halda qızı yanında saxlasınmı, yoxsa torpağa basdırsın? Diqqət edin, onların verdikləri hökm/adətləri necə də pisdir!