Məryəm Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar).
Elmir Quliyev :
После них пришли потомки, которые перестали совершать намаз и стали потакать желаниям. Все они понесут убыток (или будут испытывать тяготы; или понесут наказание за невежество; или встретят зло),
Ələddin Sultanov:
Ancaq onlardan sonra namazı tərk edib nəfslərinin arzularına uyan bir nəsil gəldi. Buna görə onlar (cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər.
Kerbelayi Malik ağa:
Bundan sonra onların arxasınca gələn nəsil namazı tərk etdilər şəhvətlərə (nəfsin arzularına) tabe oldular. Artıq yaxında qayy quyusuna (cəhənnəmin ən alt hissəsi) düşəcəklər.
Ələsgər Musayev:
Onlardan sonra gələn xələflər zay etdilər islahatı tabe oldular şəhvətə. Tezliklə öz pis əməlləri ilə görüşəcəklər.
A.Mehdiyev və D.Cəfərli:
Sonra onların arxasınca namazı zay edən (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə onlar tezliklə öz azğınlıqlarını(n əvəz cəzasını) görəcəklər.
Kövsər Tağıyev:
Onlardan sonra namazı hədər edən, şəhvət dünyəvi həvəslərin arxasınca düşən bir nəsil gəldi. Onlar bu davranışlarından ötrü böyük bir əzaba düçar olacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların ardınca isə namazı tərk edərək şəhvətlərə uyan xələflər gəldilər. Onlar zavalla rastlaşacaqlar.
Sabirə Dünyamalıyeva:
Sonra onların ardından pis bir nəsil gəldi ki, səlatı [maddi zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirmək işini] itirdilər/həyatlarından çıxarıb atdılar. şəhvətlərinə tabe oldular. Buna görə, tövbə edən iman edən saleh əməl işləyənlər istisna olmaqla, onlar azğınlıqlarının cəzasıyla qarşılaşacaqlar.