Bəqərə Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.
Bünyadov-Məmmədəliyev:
(Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər (“bizi bağışla” mənasında işlədilən “hittə” sözünə gülərək onu “buğda” mənasında olan “hintə” sözü ilə əvəz etdilər). Biz o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.
Elmir Quliyev :
Беззаконники заменили сказанное им слово другим, и Мы ниспослали на беззаконников наказание с неба за то, что они поступали нечестиво.
Ələddin Sultanov:
Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda” mənasına gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik.
Kerbelayi Malik ağa:
Beləcə, o zalımlar sözləri özlərinə deyiləndən başqa bir sözlə dəyişdirdilər. Bunun üzərinə Biz fisqə düşdüklərinə görə o zülm edənlərin üzərinə göydən qorxunc bir əzab endirdik.
Ələsgər Musayev:
Dəyişdirdilər o kəslər ki, zalimdirlər, sözü qeyri o ki, deyilmişdi onlar üçün. nazil etdik üzərinə o kəslərin kizalimdirlər, səmadan cəza ilə ki, oldular fasiqlər.
A.Mehdiyev və D.Cəfərli:
Lakin zülm edənlər (Allahın kəlamını) onlara deyiləndən başqa şəkilə saldılar (məsələn, günahların bağışlanmasını istəmək əvəzinə buğda istədilər). Biz zülm edənlərə itaətdən çıxdıqlarına görə göydən əzab nazil etdik.
Kövsər Tağıyev:
Sonra aralarında olan zalımlar sözü onlara deyiləndən başqa bir şəklə saldılar. Biz haqdan ayrıldıqları üçün o zalımlara göydən əzab endirdik.2
M.Qənioğlu və T.Bilaloğlu:
Haqsızlıq edənlər özlərinə deyilmiş sözü başqası ilə dəyişdirdilər. Biz o zalımlara etdikləri haqsızlığa görə göydən cəza endirdik.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər, özlərinə deyilən sözü başqa bir şəkildə dəyişdirdilər. Biz haqq yoldan çıxdıqları üçün, o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslərin üstünə göydən bir əzab göndərdik.