Furqan Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, göyləri, yeri onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu biləndən soruş!
Bünyadov-Məmmədəliyev:
O, göyləri, yeri onların arasındakıları altı günə xəlq edən, sonra ərşi yaradıb ona hakim olan Rəhmandır. Bunu bir biləndən (Allahın Özündən ya Cəbraildən) xəbər al!
Elmir Quliyev :
Он сотворил небеса и землю и то, что между ними, за шесть дней, а потом вознесся на Трон (или утвердился на Троне). Он Милостивый. Спрашивай об этом Ведающего.
Ələddin Sultanov:
O, göyləri, yeri onların arasındakıları altı gündə yaradan, sonra da ərşə istiva edən (hökmü altına alan) Rəhmandır. Bunu bir biləndən soruş!
Kerbelayi Malik ağa:
Göyləri yer üzünü ikisi arasındakıları altı gündə yaradan Odur. Sonra Rəhman ərşə istiva etdi. Elə isə onu bundan xəbərdar olandan (Cəbrayıl ə.s dan) soruş.
Ələsgər Musayev:
Odur ki, xəlq etdi səmaları ərzi bu ikisinin arasında olanları altı gündə, sonra ərş üzərində möhkəmləndi Rəhman. Sual et Onun haqqında xəbərdar olandan.
A.Mehdiyev və D.Cəfərli:
Göyləri, yeri onların arasında olanları altı gündə (altı gündüzdə, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaradan, sonra yaradılmışlar üzərində hakimiyyət taxtında qərar tutan(ın)! (O,) Rəhman (olan Allah)dır. Buna görə (həqiqəti hər şeydən) xəbərdar olan Ondan (Allahdan) soruş.
Kövsər Tağıyev:
Göyləri yer üzünü ikisi arasındakıları altı gündə (altı mərhələdə) yaradan, sonra isə Ərşin üzərində bərqərar olan Rəhmandır. Sən bunu xəbərdar olandan soruş!
M.Qənioğlu və T.Bilaloğlu:
Göyləri, yeri bunların arasında olanları altı günə yaradan, sonra isə ərşdə qərar tutub hökm edən mərhəmətli Allahdır. Onun haqqında biləndən soruş.
Sabirə Dünyamalıyeva:
O, həmişə diri olan, göyləri, yeri onların arasındakıları altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üzərində hökmranlıq qurandır,[#131] yaratdığı bütün canlılara dünyada çox mərhəmət edəndir. Haydı, sən bunu çox yaxşı biləndən soruş.