Qəsəs Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sənin Rəbbin (şəhərlərdən) ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!
Elmir Quliyev :
Твой Господь не уничтожал селения, пока не отправлял в важнейшее из них посланника, который читал им Наши аяты. Мы не уничтожали селения, если только их жители не были беззаконниками.
Ələddin Sultanov:
Sənin Rəbbin məmləkətlərin mərkəzinə ayələrimizi oxuyan bir peyğəmbər göndərmədikcə oranı məhv etməz. Biz yalnız xalqı zalım olan məmləkətləri məhv edərik.
Kerbelayi Malik ağa:
Sənin Rəbbin ölkələrə onların mərkəzi şəhərlərinə onlara ayələrimizi oxuyan bir rəsul göndərmədikcə həlak etmədi. Biz onun xalqı zalım olmadıqca ölkələri həlak etmədik.
Ələsgər Musayev:
Olmad? s?nin R?bbin k?ndl?ri h?lak ed?n, ta qald?rmay?b o umm?tl?rd? onlar?n uz?rin? Bizim ay?tl?rimizi tilavat ed?n r?sul. H?lak ed?n olmad?q k?ndl?ri, n? q?d?r ki, ?halisi oran?n zalim deyil!
A.Mehdiyev və D.Cəfərli:
Sənin Rəbbin mərkəzlərinə Bizim (tovhidimizin xilqətin məqsədlərinə dair) ayə nişanələrimizi oxuyan bir peyğəmbər göndərmədən əsla şəhərləri kəndləri məhv etməmişdir. Biz (peyğəmbərləri göndərdikdən sonra da) yalnız əhalisi zülmkar olan şəhərləri kəndləri yox etmişik.
Kövsər Tağıyev:
Sənin Rəbbin ölkələrin böyük şəhərlərinə onlara ayələrimizi oxuyan bir peyğəmbər göndərmədikcə məmləkətləri həlak edən deyil. Zatən biz, əhalisi zalım olmadıqca məmləkətləri həlak etmərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbin ayələrimizi onlara oxuyan bir peyğəmbəri öz xalqına göndərməzdən əvvəl məmləkətləri məhv edən deyildir. Biz ancaq sakinləri haqsız olan məmləkətləri məhv etdik.
Sabirə Dünyamalıyeva:
Rəbbin, əhaliyə ayələrimizi oxuyan bir peyğəmbəri oranın mərkəzinə göndərməmiş, heç bir məmləkəti dəyişikliyə/məhvə məruz qoymaz. Eləcə də, Biz, əhalisi şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər deyilsə, o məmləkəti dəyişikliyə/məhvə məruz qoymarıq.