Əlixan Musayev:
Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanır-sınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
Elmir Quliyev
:
О те, которые уверовали! Повинуйтесь Аллаху, повинуйтесь Посланнику и обладающим влиянием среди вас. Если же вы станете препираться о чем-нибудь, то обратитесь с этим к Аллаху и Посланнику, если вы веруете в Аллаха и Последний день. Так будет лучше и прекраснее по значению (или по исходу; или по вознаграждению)!
Ələddin Sultanov:
Ey iman gətirənlər, Allaha itaət edin! Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (idarəçilərə) də itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə ərz edin (onların əmrlərinə uyğun olaraq həll edin)! Bu həm daha xeyirli, həm də nəticə etibarilə daha gözəldir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (iman edənlər)! Allaha və Rəsula və sizdən olan rəhbərlərə (əmr vermə yetkisinin sahiblərinə) itaət edin. Bundan sonra əgər bir xüsusda ixtilafa düşsəniz, o təqdirdə Allaha və axirət gününə iman edirsinizsə, Allaha və Rəsuluna müraciət edin. Bu daha xeyirlidir və nəticə etibarilə ən gözəlidir.
Ələsgər Musayev:
Ay o kəslər ki,
inanırsınız! Itaət edin Allaha və itaət edin rəsula və özünüzdən
olan əmr sahiblərinə! Əgər bir şey barəsində mübahisə etsəniz
onu Allaha və rəsula həvalə edin, əgər oldunuz inananlar Allah
ilə və günü ilə axırın! Bu, xeyirli və nəticə ehtibarı ilə gözəldir.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha itaət edin. Peyğəmbərə itaət edin və sizdən olan ulul-əmrə (idarəçilərə) də. Hər hansı bir şey barəsində mübahisəyə düşdüyünüz zaman Allaha və axirət gününə, həqiqətən, inanırsınızsa, onu Allah və Rəsuluna ərz edin. Bu, daha yaxşıdır, nəticə etibarilə də daha gözəldir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allaha itaət edin, peyğəmbərə və sizdən olan hökm sahiblərinə itaət edin! Əgər siz Allaha və axirət gününə inanırsınızsa, bir şey haqqında mübahisə etsəniz, onu Allaha və peyğəmbərə həvalə edin. Bu, xeyirlidir və nəticə etibarilə daha yaxşıdır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allaha itaət edin, Elçiyə və sizdən olan əmr sahiblərinə/əsas idarəçiyə itaət edin. Sonra, əgər hər hansı bir şey haqqında ixtilafa düşsəniz; Allaha və axirət gününə inanan kəslərsinizsə, onu Allah və Elçiyə tapşırın. Bu, daha yaxşıdır və ən münasib həll yolunu tapmaq baxımından daha gözəldir.