Əlixan Musayev:
O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur.
Bünyadov-Məmmədəliyev:
O (Məryəm oğlu İsa) ancaq nemət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir.
Elmir Quliyev
:
Он — всего лишь раб, которого Мы облагодетельствовали и сделали примером для сынов Исраила (Израиля).
Ələddin Sultanov:
İsa nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir bəndədir.
Kerbelayi Malik ağa:
O (Hz. İsa), yalnız nemətləndirdiyimiz bir quldur. Onu İsrail oğullarına örnək etdik.
Ələsgər Musayev:
O, ancaq bəndədir. Nemət vermişik
üzərinə onun və etdik onu məsəl Israil oğulları üçün.
A.Mehdiyev və D.Cəfərli:
O, (İsa) yalnız nemət verdiyimiz və (qeyri-adi bir məxluq kimi dillərdə əzbər və əməldə örnək olması üçün) İsrail övladları üçün bir məsəl etdiyimiz bir bəndə idi.
Kövsər Tağıyev:
İsa sadəcə nemət verdiyimiz və İsrail oğullarına nümunə göstərdiyimiz bir quldur.
M.Qənioğlu və T.Bilaloğlu:
İsa Bizim nemət [peyğəmbərlik] verdiyimiz və İsrail övladları üçün misal etdiyimiz bir bəndədən başqa kimsə deyildir.
Sabirə Dünyamalıyeva:
İsa, ancaq Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə [məsəl] etdiyimiz bir quldur.