Yusif Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək Öz nemətini bundan əvvəl ataların İbrahimə İshaqa tamamladığı kimi, sənə Yaqub nəslinə tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”.
Bünyadov-Məmmədəliyev:
(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə Yəqub nəslinə tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”
Elmir Quliyev :
Твой Господь изберет тебя, научит тебя толковать сны и одарит совершенной милостью тебя и род Йакуба (Иакова), подобно тому, как еще раньше Он одарил совершенной милостью твоих отцов Ибрахима (Авраама) и Исхака (Исаака). Воистину, твой Господь Знающий, Мудрый".
Ələddin Sultanov:
Beləcə, Rəbbin səni seçəcək sənə yuxuların yozumunu öyrədəcəkdir. Daha əvvəl ataların İbrahimə İshaqa (peyğəmbərlik) nemətini bəxş etdiyi kimi, sənə Yaqub nəslinə bəxş edəcəkdir. Şübhəsiz ki, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir”.
Kerbelayi Malik ağa:
Beləcə Rəbbin səni seçəcək sözlərin (hadisələrin) təvilini (yozumunu) sənə öyrədəcək. Sənə Yaqubun (ə.s) ailəsinə daha öncə ataların İbrahim (ə.s) İshaqa (ə.s) (nemətini) tamamladığı kimi nemətini tamamlayacaq. Şübhəsiz ki, sənin Rəbbin Alimdir (ən yaxşı biləndir), Hakimdir (hökm hikmət sahibidir).
Ələsgər Musayev:
Beləliklə seçəcək Rəbbin səni öyrədəcək sənə hədislərin təvilini tamama yetirəcək Öz nemətini sənin üzərinə Yəqub ailəsinin üzərinə, qədər, bundan qabaq ataların Ibrahim Ishaqın üzərinə tamama yetirdi onu. Həqiqətən, Rəbbin Alimdir, Həkimdir!»
A.Mehdiyev və D.Cəfərli:
«Və beləcə (bu yuxuda seçildiyin kimi) Rəbbin səni (gələcəkdə) seçəcək yuxuların (səmavi kitablarda, peyğəmbərlərin sözlərində gəlmiş) hədislərin yozumunu sənə öyrədəcək səndən öncə ataların İbrahimə İshaqa tamamladığı kimi sənə Yəqub ailəsinə (də) nemətini tamamlayacaqdır. Həqiqətən, Rəbbin bilən hikmət sahibidir.
Kövsər Tağıyev:
“Rəbbin səni belə seçəcək, sənə (yuxuda görülən) hadisələrin yozumunu öyrədəcək daha əvvəl ataların İbrahim İshaqa nemətlərini tamamladığı kimi sənə Yaqub soyuna da tamamlayacaq. Şübhəsiz, Rəbbin haqqı ilə biləndir, hökm hikmət sahibidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbin səni beləcə seçər, rəvayətləri [yuxuları] yozmağı sənə öyrədər Öz nemətini [peyğəmbərliyi] əvvəl sənin ata-babaların İbrahim İshaq üçün tamamladığı kimi sənə də, Yaqub nəslinə tamamlayar. Həqiqətən, sənin Rəbbin hər şeyi biləndir hikmət sahibidir!"
Sabirə Dünyamalıyeva:
beləcə, Rəbbin səni seçəcək sənə hadisələrin/sözlərin ilk mənalarının olduğuna dair elm öyrədəcək. Bundan əvvəlki iki əcdadına; İbrahimə İshaqa nemətini tamamladığı kimi, sənə Yəqub nəslinə nemətini tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[bir şeyi əmələ gətirərkən] möhkəm edəndir."