Nəhl Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Mal-qaranı) axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz.
Bünyadov-Məmmədəliyev:
Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız (fərəhlənirsiniz).
Elmir Quliyev :
Они украшают вас, когда вы пригоняете их обратно вечерами и выводите на пастбище по утрам.
Ələddin Sultanov:
Səhər (otlağa) göndərərkən, axşam (tövləyə) gətirərkən onlara baxıb zövq alırsınız.
Kerbelayi Malik ağa:
(Onları) axşamları otlaqdan qaytardığınız zaman səhərlər otlatmağa çıxartdığınız zaman sizin üçün onda bir gözəllik vardır.
Ələsgər Musayev:
Sizin üçün onda gözəllik var, onda ki, siz onları dincəlməyə qovursunuz onda ki, buraxırsınız.
A.Mehdiyev və D.Cəfərli:
onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda səhərlər otlağa göndərəndə bir gözəllik zinət vardır.
Kövsər Tağıyev:
Onları axşam vaxtı gətirərkən, səhər vaxtı göndərərkən sizin üçün bir gözəllik (və zövq) var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onları (yerlərində) rahatlayanda çölə buraxanda onlarda sizin üçün bir gözəllik fərəh vardır.
Sabirə Dünyamalıyeva:
heyvanlarda, axşam vaxtı gətirdikdə səhər göndərdikdə, sizin üçün bir gözəllik var.