Məryəm Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
o həm mənə, həm Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!”
Bünyadov-Məmmədəliyev:
O həm mənə, həm Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm elə et ki, o (öz əqidəsi, itaəti gözəl əxlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!”
Elmir Quliyev :
который наследует мне и семейству Йакуба (Иакова). И сделай его, Господи, угодником".
Ələddin Sultanov:
O mənim Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!”
Kerbelayi Malik ağa:
Mənə Yaqubun (ə.s) ailəsinə varis olsun. Rəbbim, onu Səndən razı olan et.
Ələsgər Musayev:
O mənim varisim Yəqub ailəsinin varisindən olsun. Rəbbim onu, razı qaldıqlarından et!»
A.Mehdiyev və D.Cəfərli:
(Övlad əta et) ki, mənim Yəqub övladlarının varisi olsun. ey mənim Rəbbim, onu (mənəvi kamilliklər baxımından) bəyənilən et!
Kövsər Tağıyev:
mənə Yaqub xanədanına varis olsun onu sənin razılığını qazanan bir kimsə elə!”
M.Qənioğlu və T.Bilaloğlu:
o, mənə Yaqub nəslinə varis olsun. Onu, Rəbbim, Sənin rizanı qazanmış kəs et".
Sabirə Dünyamalıyeva:
həm mənə varis olsun, həm Yəqub ailəsinə varis olsun. Rəbbim, elə et ki, o, Sənin razılığını qazanan/hər kəsin razı qaldığı biri olsun!"