Bəqərə Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.
Elmir Quliyev :
Воистину, неверующим безразлично, предостерег ты их или не предостерег. Они все равно не уверуют.
Ələddin Sultanov:
Həqiqətən, kafirləri xəbərdar etsən də, etməsən də, onlar üçün birdir. Onlar iman gətirməzlər.
Kerbelayi Malik ağa:
Onlar şübhəsiz ki, kafirdirlər. Onları xəbərdar etsən də, etməsən onlar üçün birdir, mömin olmazlar.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafirdirlər, bərabərdir onlar üçünnəzərlərinə çatdırasan onların, yaxud nəzərlərinə çatdırmayasan inanmazlar.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.
Kövsər Tağıyev:
Küfrə batıb qalanlara gəlincə, onları xəbərdar etsən də, etməsən də, onlar üçün birdir, inanmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən küfr edənlərə xəbərdarlıq etsən də, etməsən iman gətirməzlər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər]; onlara xəbərdarlıq etsən də, etməsən onlar üçün fərqi yoxdur: onlar iman gətirməzlər.