Əlixan Musayev:
yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək.
Bünyadov-Məmmədəliyev:
Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Firona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək.
Elmir Quliyev
:
даровать им власть на земле и показать Фараону, Хаману и их воинам то, чего они остерегались.
Ələddin Sultanov:
Biz onlara o torpaqlarda hökmranlıq vermək, Firona, Hamana və ordularına qorxduqları şeyi göstərmək istəyirdik.
Kerbelayi Malik ağa:
Onları yer üzündə yerləşdirib qüvvətli etmək və Firona, Hamana və ikisinin ordusuna onlardan (İsrail oğullarından) çəkindikləri şeyi göstərmək (istədik).
Ələsgər Musayev:
V? m?kan ver?k onlar ucun ?rzd? v? gost?r?k Firauna v? Hamana v? onlar?n qosunlar?na onu ki, h?z?r edirl?r.
A.Mehdiyev və D.Cəfərli:
Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onları o torpaqda yerləşdirək), Firona və (onun vəziri) Hamana və qoşunlarına onların (İsrail övladları) tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək.
Kövsər Tağıyev:
(İstəyirdik ki,) yer üzündə onları qüdrət sahibi edək və onların əli ilə Firona, Hamana və onların ordularına çəkindiləri şeyləri göstərək.
M.Qənioğlu və T.Bilaloğlu:
onlan o yeriərdə yerləşdirib möhkəmləndirmək, Firona, Hamana və onların əsgərlərinə isə qorxduqları şeyi göstərmək istəyirdik.
Sabirə Dünyamalıyeva:
Və onları yer üzündə möhkəm yerləşdirək, Firona, Hamana və bu ikisinin əsgərlərinə, qorxub çəkindikləri şeyləri göstərək.