Əlixan Musayev:
Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!
Elmir Quliyev
:
Он — Тот, Кто придает вам в утробах такой облик, какой пожелает. Нет божества, кроме Него, Могущественного, Мудрого.
Ələddin Sultanov:
Bətnlərdə sizə dilədiyi kimi surət verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa ilah yoxdur!
Kerbelayi Malik ağa:
O (Allah) ki, bətndə sizi dilədiyi kimi təsvir edər (şəkil verər). Ondan başqa ilah yoxdur. O, Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
O – Odur ki, surət verir sizə rəhmdə necə
istəyir. Yoxdur Ilahi, ancaq Odur – Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizi (analar?n) usaql?qlar(?n)da ist?diyi s?kil? salan Odur. Ondan basqa bir tanr? yoxdur, yenilm?z qudr?tli v? (vucuda g?tirm? v? yol gost?rm?d?) mohk?m yarad?l?s sahibidir.
Kövsər Tağıyev:
O, sizə ana rəhmində istədiyi kimi surət verəndir. Ondan başqa ilah yoxdur. O, mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bətnlərdə sizi istədiyi şəkilə salan Odur. Qüvvət və hikmət sahibi olan Ondan başqa tanrı yoxdur.
Sabirə Dünyamalıyeva:
O, sizə, bətnlərdə dilədiyi kimi surət verəndir. Özündən başqa məbud deyə bir şey yoxdur. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.