Səba Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini görürlər.
Bünyadov-Məmmədəliyev:
(Kitab əhlindən Abdullah ibn Salam kimi) elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu onun (möminlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.
Elmir Quliyev :
Те, которым даровано знание, видят, что ниспосланное тебе от твоего Господа есть истина, которая ведет к пути Могущественного, Достохвального.
Ələddin Sultanov:
Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna yönəltdiyini görürlər. (Təfsirlərdə, elm verilmiş kimsələrin səhabələr, yaxud kitab əhlindən müsəlman olan kimsələr olduğu qeyd edilir.)
Kerbelayi Malik ağa:
Elm verilmiş kimsələr sənə Rəbbindən nazil olanın haqq olduğunu onun Əziz Həmid Olanın yoluna hidayət etdiyini görürlər.
Ələsgər Musayev:
Görürlər o kəslər ki, onlara elm əta olunub, odur ki, nazil olub tərəfinə sənin Rəbbindən, o - haqdır hidayət edir Əzizin, Həmidin yoluna tərəf.
A.Mehdiyev və D.Cəfərli:
(Din səmavi kitab) elm(i) verilmiş kəslər gördülər bildilər ki, Rəbbin tərəfindən sənə nazil olan haqdır (O) qüdrətli, həmd olunmuş Allahın yoluna yönəldir.
Kövsər Tağıyev:
Elm verilənlər Rəbbindən Sənə endirilən Qur`anın haqq olduğunu onun mütləq güc sahibi tərifə layiq Allahın yoluna yönəltdiyini görürlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilik bəxş olunanlar sənin Rəbbindən sənə nazil edilmişin haqq olduğunu qüdrətli, tərifəlayiq Allahın yoluna yönəltdiyini görürlər.
Sabirə Dünyamalıyeva:
Elm verilmiş olan kəslər görürlər ki, Rəbbindən sənə nazil edilən şey, haqqın özüdür. o nazil edilən şey/Quran, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, təriflənən, tərifə layiq olanın yoluna bələdçi olur.