Yasin Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
ataları xəbərdar edilməmiş, özləri qafil olan bir tayfanı xəbərdar edəsən.
Bünyadov-Məmmədəliyev:
(Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!
Elmir Quliyev :
чтобы ты предостерег людей, отцов которых никто не предостерег, из-за чего они оставались беспечными невеждами.
Ələddin Sultanov:
Ataları xəbərdar edilmədiyinə görə qəflət içində olan bir qövmü xəbərdar edəsən deyə nazil edilmişdir.
Kerbelayi Malik ağa:
Ataları xəbərdar edilməmiş bir qövmü xəbərdar etməyin üçündür. Çünki onlar qafillərdir.
Ələsgər Musayev:
nəzərinə çatdırmaq üçün o qoumun ki, nəzərinə çatdırılmayıb onların atalarının onlar qafildirlər.
A.Mehdiyev və D.Cəfərli:
(Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə (din həqiqətlərindən) qafildirlər.
Kövsər Tağıyev:
ataları xəbərdar olunmamış, bu səbəblə qəflət içində olan bir qövmü xəbərdar edəsən deyə.
M.Qənioğlu və T.Bilaloğlu:
sən ata-babalarına öyüd-nəsihət verilməmiş, qəflətdə olan adamlara (onunla) öyüd-nəsihət verəsən.
Sabirə Dünyamalıyeva:
Əcdadları xəbərdar edilməyən, buna görə qafil [olan] bir tayfaya bununla [Quranla] xəbərdarlıq edəsən deyə