Nisa Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan )insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.
Bünyadov-Məmmədəliyev:
Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-buluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!
Elmir Quliyev :
Испытывайте сирот, пока они не достигнут брачного возраста. Если обнаружите в них зрелый разум, то отдавайте им их имущество. Не пожирайте его, излишествуя, в спешке, пока они не вырастут. Кто богат, пусть воздержится, а кто беден, пусть ест по справедливости. Когда вы отдаете им их имущество, то делайте это в присутствии свидетелей. Но довольно того, что Аллах ведет счет.
Ələddin Sultanov:
Nikah yaşına çatanadək yetimləri sınayın! Əgər onların ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, onu (mallarını) israf edib tələm-tələsik yeməyin! (Qəyyumlardan) kim zəngindirsə, (yetimin malından) uzaq dursun! (Qəyyumlardan) kasıb olan isə, (ehtiyacına) uyğun bir şəkildə (ondan) yesin! Mallarını özlərinə (yetimlərə) qaytaracağınız zaman yanlarında şahid tutun! Haqq-hesaba çəkməyə Allah kifayətdir.
Kerbelayi Malik ağa:
Yetimləri nikah çağına gələnə qədər sınayın. Bundan sonra əgər onların həddi-büluğa çatdığını görsəniz, o təqdirdə mallarını onlara təslim edin. Böyüyüb (geri alırlar) deyə, onları (malları) israf etməyin tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) bir kimsə isə, o təqdirdə yetimlərin mallarını yeməkdən çəkinsin. Kasıb olan (qəyyum) bir kimsə isə, o təqdirdə qaydaya uyğun olaraq yesin. Nəhayət onlara mallarını geri verəcəyiniz zaman onlara şahid tutun. Haqq-hesab çəkməyə Allah kifayət edər.
Ələsgər Musayev:
İmtahan edin yetimləri, ta onda ki, yetişdilər nigah həddi- buluğuna. əgər onların rəşd halına yetişdiklərini hiss etsəniz, onda verin onların mallarını. yeməyin onu israfnan tələsərək ki, böyüməyiblər. Əgər kim ehtiyacsizdir, gərək özünü gözləsin kim fəqirdir gərək yesin mərifətlə. Onda ki, siz onların mallarını qaytarırsınız, şahid tutun! kafidir Allah ilə hesab!
A.Mehdiyev və D.Cəfərli:
Yetimləri evlənmək həddinə (hər bir insanın heyvanın ruhi cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir.
Kövsər Tağıyev:
Yetimləri sınayın. Evlilik yaşına (həddi-büluğa) çatdıqları zaman əgər əqli yetkinliyə sahib olduqlarını görsəniz, mallarını özlərinə verin. Böyüyəcəklər (və mallarını geri alacaqlar) deyə israf edərək tələm-tələsik onların mallarını yeməyin. (Qəyyumlardan) kim varlıdırsa, (yetim malı yeməkdən) çəkinsin. Kim kasıbdırsa, ağlın dinin uyğun gördüyü bir ölçüdə (xidmətinin qarşılığı qədər) yesin. Mallarını özlərinə geri qaytardığınız zaman da yanlarında şahid tutun. Hesaba çəkən olaraq Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yetimləri evlənmə yaşına çatana qədər sınayın. Əgər onlarda kamilliyi hiss etsəniz, mallarını özlərinə verin, “Onlar böyüyəcəklər," - deyə onu israfçılıqla tələm-tələsik yeməyin. Kim varlıdırsa, öz nəfsini saxlasın, kim kasıbdırsa, qaydasınca yesin. Onların malını özlərinə verən zaman onlara şahidlər tutun. Allah haqq-hesab çəkmək üçün kifayətdir.
Sabirə Dünyamalıyeva:
bu yetimlerinizə nikaha çatana qədər möhkəm bir təhsil verərək [onları] kamilləşdirin. Sonra da əgər onların həddi-büluğa/yetkinlik çağına çatdığını hiss etsəniz, mallarını dərhal özlərinə təhvil verin. Onlar böyüyəcək deyə onların mallarını israf edərək yeməyin. kim zənginsə, iffətli; sadə, səbirli davransın; hər hansı bir ödəniş almasın. Kim kasıbsa, o da adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən bir şəkildə yesin. Sonra da yetimlərin mallarını özlərinə təhvil verdiyiniz zaman onların yanında şahid tutun. Haqq-hesab çəkməyə Allah bəs edər.