Əhqaf Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanlar bir yerə toplanılacaqları zaman (bütlər) onlara düşmən kəsiləcək onların ibadətini inkar edəcəklər.
Bünyadov-Məmmədəliyev:
İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq onların ibadətini inkar edəcəklər.
Elmir Quliyev :
А когда люди будут собраны, они станут их врагами и будут отвергать их поклонение.
Ələddin Sultanov:
İnsanlar bir yerə toplanacaqları zaman (müşriklər) onlara (sitayiş etdikləri bütlərə) düşmən kəsiləcək onlara sitayiş etdiklərini inkar edəcəklər.
Kerbelayi Malik ağa:
İnsanlar həşr olunduqları zaman (bütlər) onlara düşmən oldular. Onların ibadətlərini inkar etdilər.
Ələsgər Musayev:
Onda ki, toplanar insanlar, olarlar onlar üçün düşmən olarlar ibadətlərinə onların kafir.
A.Mehdiyev və D.Cəfərli:
İnsanlar məhşərə gətirilən zaman məbudlar (cansız olsalar da) onlarla düşmən olar onların ibadətlərini inkar edərlər. [Onlar da məbudlarla düşmən olar onlara ibadəti inkar edərlər.]
Kövsər Tağıyev:
İnsanlar (qiyamət günü) toplandıqları zaman o tapındıqları özlərinə düşmən olar, onların ibadətlərini inkar edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlar bir yerə toplanılan zaman bütlər onlara düşmən kəsiləcək onların bütlərə ibadət etdiklərini danacaqlar.
Sabirə Dünyamalıyeva:
İnsanlar bir yerə yığıldıqları zaman, ibadət etdikləri kəslər özlərinə düşmən oldular. onların, özlərinə ibadət etməyini qəbul etmədilər.