Əlixan Musayev:
Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!
Elmir Quliyev
:
О те, которые уверовали! Если нечестивец принесет вам весть, то разузнайте, чтобы не поразить по незнанию невинных людей, а не то вы будете сожалеть о содеянном.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Əgər bir fasiq sizə bir xəbər gətirsə, o zaman araşdırın. Yoxsa cahilliklə bir qövmə pislik edərsiniz və sonra etdiyiniz şeyə peşman olarsınız.
Ələsgər Musayev:
Ay o
kəslər ki, inanırsınız! Əgər gəldi sizə fasiq bir xəbərlə və onda
aşkar edin ki, cahillikdən bir qouma pislik edərsiniz və sonra
etdiyinizdən peşman olarsınız.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız.
Kövsər Tağıyev:
Ey iman edənlər! Bir fasiq sizə bir xəbər gətirərsə, bilmədən bir topluluğa zərər verib etdiyinizdən peşman olmamaq üçün o xəbərin doğruluğunu araşdırın.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Əgər bir pozğun adam sizə bir xəbər gətirsə, (o xəbəri) aydınlaşdırın ki, bilməyərəkdən insanları nəyəsə məruz qoymayasınız və tutduğunuz işdən peşman olmayasınız.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Əgər haqq yoldan azanın biri sizə bir xəbər gətirsə dərhal yoxlayın/dəqiqləşdirin. Yoxsa bilmədən bir qövmə sataşarsınız/ziyan vurarsınız və əməlinizdən peşman olarsınız.