Əlixan Musayev:
Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!
Elmir Quliyev
:
Неужели они не смотрели на то, как Мы построили и украсили небо над ними? В нем нет расщелин.
Ələddin Sultanov:
Onlar başları üstündəki səmaya baxmadılarmı ki, Biz onu necə inşa edib bəzəmişik?! Onda heç bir yarıq (qüsur) yoxdur.
Kerbelayi Malik ağa:
Elə isə üzərlərindəki səmanı necə bina etdiyimizə və onu necə bəzədiyimizə baxmırlarmı? Onun heç bir çatı yoxdur.
Ələsgər Musayev:
Ə, onlar nəzər salmırlar tərəfinə səmanın, fövqlərində onların necə
bina etmişik və zinətləndirmişik onu və onda heç bir yarıqdan
yoxdur?
A.Mehdiyev və D.Cəfərli:
Məgər başlarının üzərindəki göyə baxıb görmürlər ki, onu necə tikmişik və bəzəmişik və onda heç bir yarıq yoxdur (onda heç bir nöqsan və çatışmazlıq görünmür)?!
Kövsər Tağıyev:
Üstlərindəki göyə baxmırlarmı? Onu necə bina etdik, necə bəzədik! Onda heç bir nizamsızlıq və nöqsan yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar başlan üstündəki səmaya bir baxmazlarmı? Gör Biz onu necə qurduq, necə bəzədik və onda heç bir çatlaq [qüsur] yoxdur.
Sabirə Dünyamalıyeva:
Yaxşı, onlar üstlərindəki göyə baxmırlarmı ki, Biz onu heç bir yarığı olmadan necə bina eləmişik və bəzəmişik?