Cümə Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə doğru danışanlarsınızsa, onda ölüm diləyin!”
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı nemətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət olar).
Elmir Quliyev :
Скажи: исповедующие иудаизм! Если вы полагаете, что только вы среди людей являетесь угодниками Аллаха, то пожелайте себе смерти, если вы говорите правду".
Ələddin Sultanov:
De: “Ey yəhudilər! Əgər digər insanlar yox, məhz sizin Allahın dostları olduğunuzu iddia edir doğru deyirsinizsə, onda ölümü istəyin!”
Kerbelayi Malik ağa:
De ki: ‘Ey yəhudilər! Əgər siz insanlardan fərqli olaraq, ancaq özünüzün Allahın dostu olduğunuzu zənn edirsinizsə, əgər siz doğru söyləyən kimsələrsinizsə, ölümü diləyin .’
Ələsgər Musayev:
De: «Ay o kəslər ki, hidayət olundunuz! Əgər siz güman edirsiniz ki, insanlardan başqa sizsiniz Allahın dostları, onda ölüm təmənnası edin, əgər oldunuz sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət nemətinə nail olasınız,)».
Kövsər Tağıyev:
De ki: “Ey Yəhudi əqidəsini mənimsəyənlər! Əgər bütün insanlar deyil, yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (bunda da) səmimisinizsə, onda ölümü istəyin!”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ey yəhudilər, əgər siz başqa adamlardan Allaha daha yaxın olduğunuzu iddia edirsinizsə əgər düz danışırsınızsa, onda ölümü arzulayın!"
Sabirə Dünyamalıyeva:
De ki: "Ey Yəhudiləşmiş kəslər! Əgər insanlar arasında ancaq özünüzün Allahın yaxınları/köməkçiləri olduğuna inanırsınızsa, əgər doğruçulardansınızsa, dərhal ölümü diləyin."