Münafiqun Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
Elmir Quliyev :
Попросишь ты для них прощения или не станешь просить для них прощения им все равно. Аллах не простит их. Воистину, Аллах не ведет прямым путем нечестивых людей.
Ələddin Sultanov:
Onlar üçün məğfirət diləsən də, diləməsən eynidir. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiqləri doğru yola yönəltməz.
Kerbelayi Malik ağa:
Onlar (münafiqlər) üçün məğfirət diləsən də, diləməsən birdir. Allah onlara əsla məğfirət etməz. Şübhəsiz ki, Allah fasiqlər qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Bərabərdir onlar üzərində bağışlanmaq istəyəcəksən onlar üçün, ya istəməyəcəksən, Allah onları bağışlamayacaq. Həqiqətən, Allah hidayət etməz fasiq qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Onlar üçün bağışlanmaq istəsən birdir, istəməsən də, əsla Allah onları bağışlamayacaqdır; çünki Allah fasiq qövmü doğru yola yönəltməz.
Kövsər Tağıyev:
Onlara bağışlanma diləsən də, diləməsən onlar üçün birdir. Allah onları əsla bağışlamayacaq. Çünki Allah fasiqlər qövmünü doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üçün fərqi yoxdur, bağışlanmalarını istəsən də, istəməsən də, Allah onları heç vaxt bağışlamaz. Axı Allah pozğun adamları düz yolla aparmaz!
Sabirə Dünyamalıyeva:
Sənin onlar üçün bağışlanma diləmən yaxud diləməmənin onlar üçün fərqi yoxdur. Allah, onları qətiyyən əfv etməyəcək, bağışlamayacaqdır. Şübhəsiz ki, Allah, haqq yoldan çıxmış bir qövmü doğru yola yönəltməz.