Əlixan Musayev:
Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir insanmı doğru yol göstərəcək?”– deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın (onlara) ehtiyacı yoxdur. Allah Zəngindir, Tərifəlayiqdir.
Bünyadov-Məmmədəliyev:
Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğru yola (özümüz kimi adi) bir insanmı salacaqdır?!” – deyərək (o peyğəmbərləri) inkar edir və (haqdan) üz döndərirlər. Allahın (onların ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, (hər cür) şükrə (tərifə) layiqdir!
Elmir Quliyev
:
Это — за то, что посланники приходили к ним с ясными знамениями, а они говорили: "Неужели люди поведут нас прямым путем?" Они не уверовали и отвернулись. Аллах обошелся без них, ведь Аллах — Богатый, Достохвальный.
Ələddin Sultanov:
Bu ona görədir ki, peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, ancaq onlar: “Bir insanmı bizi doğu yola yönəldəcək?” - deyirdilər. Onlar inkar edib (haqdan) üz döndərdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah zəngindir, hər cür tərifə layiqdir.
Kerbelayi Malik ağa:
Bu, onlara rəsulları açıq-aşkar dəlillər gətirdiyi zaman: ‘Bir insanmı bizi hidayətə ərdirəcək?’ demələri səbəbiylədir. Beləcə inkar etdilər və üz çevirdilər. Allahın onlara ehtiyacı yoxdur. Allah Ğanidir, Həmiddir.
Ələsgər Musayev:
Bu, ondan ötrüdür
ki, gəldi onlara rəsulları bəyanatlarla və dedilər: «Ə, bəşərmi
bizi hidayət edəcək?» Kafir oldular və üz döndərdilər. Allahın
onlara ehtiyacı olmadı. Allah Qənidir, Həmiddir!
A.Mehdiyev və D.Cəfərli:
O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır.
Kövsər Tağıyev:
Bu, peyğəmbərlərinin onlara açıq-aşkar möcüzə gətirmələri və onların da: “(Bizim kimi) insanlarmı bizi doğru yola yönəldəcək?” – deyib inkar etmələri və üz çevirmələri səbəbi ilədir. Allah da heç bir şeyə möhtac olmadığını göstərmişdir. Allah hər baxımdan sonsuz zəngindir, tərifə layiqdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu ona görədir ki, peyğəmbərləri onlara aşkar dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir bəşər övladımı düz yol göstərəcək?” - deyirdilər. Küfr edib (haqdan) üz döndərdilər, Allah da onlara möhtac olmadığını göstərdi. Axı Allah heç nəyə möhtac deyildir, tərifəlayiqdir!
Sabirə Dünyamalıyeva:
Bu cəzalandırmanın səbəbi, elçiləri onlara açıq-aşkar dəlillərlə gəldikdə: "Bir bəşər bizə yol göstərəcək?" deyib küfr işləmələri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyə çalışmaları] və arxalarını çevirmələridir. Allah, möhtac olmadığını göstərdi. Allah zəngindir, təriflənməyə ən yaxşı layiq olandır.