Naziat Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün lərzəyə gələn lərzələnəcək,
Bünyadov-Məmmədəliyev:
O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),
Elmir Quliyev :
В тот день раздастся сотрясающий звук (первый трубный глас, после которого творения умрут).
Ələddin Sultanov:
O gün sarsan (sur) sarsacaq.
Kerbelayi Malik ağa:
O gün, sarsıdan sarsıdacaq.
Ələsgər Musayev:
O gün ki, titrəyər titrəyənlər
A.Mehdiyev və D.Cəfərli:
O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək bütün canlılar öləcəklər).
Kövsər Tağıyev:
Böyük bir sarsıntının baş verəcəyi o gündə
M.Qənioğlu və T.Bilaloğlu:
O günü sarsılanlar [bütün varlıqlar] sarsılacaq,
Sabirə Dünyamalıyeva:
O gün, titrədən titrədəcək.