Tövbə Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır.
Bünyadov-Məmmədəliyev:
Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!
Elmir Quliyev :
Если же какой-либо многобожник попросит у тебя убежища, то предоставь ему убежище, чтобы он мог услышать Слово Аллаха. Затем доставь его в безопасное место, потому что они невежественные люди.
Ələddin Sultanov:
Əgər müşriklərdən biri səndən aman diləyərsə, Allahın kəlamını dinləyənə qədər ona aman ver. Sonra (iman gətirməzsə,) onu əminlikdə olacağı yerə çatdır. Bu ona görədir ki, onlar bilməyən bir qövmdür.
Kerbelayi Malik ağa:
Əgər müşriklərdən biri səndən yardım istəsə, o təqdirdə, Allahın kəlamını eşidənə qədər onu himayə et: Sonra onu təhlükəsiz yerə çatdır. Bu, onların bilməyən bir qövm olmalarına görədir.
Ələsgər Musayev:
Əgər müşriklərdən biri səndən yer istədi, onda ona yer ver, ta Allah kəlməsini eşitsin. Sonra onu öz əmin yerinə yetir. Bu ondan ötrüdür ki, həqiqətən, onlar bilməyən qoumdur!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər.
Kövsər Tağıyev:
Əgər Allaha şərik qoşanlardan biri səndən sığınacaq tələb etsə, Allahın kəlamını eşidə bilməsi üçün ona sığınma haqqı ver. Sonra da onu əminlik içərisində olacağı yerə çatdır. Bu, onların bilməyən bir qövm olmaları səbəbi ilədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın kəlamını eşitsin, sonra isə (islamı qəbul etməsə) onu özünün əmin olduğu yerə çatdır. Çünki onlar (din-imandan heç nə) bilməyən adamlardır.
Sabirə Dünyamalıyeva:
Əgər şərik qoşanlardan hər hansı biri aman diləsə, Allahın kəlamını dinləməsi üçün ona aman ver. Sonra onu təhlükəsiz yerinə çatdır. Bu, şübhəsiz ki, onların bilməyən bir tayfa olmaları səbəbindəndir.