Əlixan Musayev:
Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.
Elmir Quliyev
:
Воистину, неверующие из людей Писания и многобожников окажутся в огне Геенны и пребудут там вечно. Они являются наихудшими из тварей.
Ələddin Sultanov:
Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, kitab əhlindən inkar edənlər və müşriklər cəhənnəm atəşindədirlər və orada davamlı qalacaqlar. Onlar yaradılmışların ən şərli olanlarıdır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafirdirlər əhli
kitabdan və müşriklər, cəhənnəm odunda həmişəlikdirlər.
Həmin onlar şərlisidir yaradılmışların.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.
Kövsər Tağıyev:
Şübhəsiz, inkar edən kitab əhli ilə Allaha şərik qoşanlar içində əbədi qalmaq üzrə cəhənnəm atəşindədirlər. Onlar yaradılanların ən pisidirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən küfr edənlər əbədi qalacaqları cəhənnəm odu içərisindədirlər. Onlar məxluqlann ən pisidirlər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Kitab əhlindən və şərik qoşanlardan küfr işləyən bu kəslər, içində əbədi qalacaqları cəhənnəmin odunda olacaqlar. Bax məhz onlar, yaradılmışların ən pisidirlər.