Əlixan Musayev:
Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir.
Bünyadov-Məmmədəliyev:
Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara əzab verilməyəcəyinimi güman edirlər?) Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın nemətlərinə və mərhəmətinə) şükür etməz!
Elmir Quliyev
:
Что думают о Дне воскресения те, которые возводят навет на Аллаха? Воистину, Аллах милостив к людям, но большинство их неблагодарно.
Ələddin Sultanov:
Allaha böhtan atanların qiyamət günü ilə bağlı düşüncələri nədir? Şübhəsiz ki, Allah insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
Kerbelayi Malik ağa:
Allaha yalan ilə iftira atanların qiyamət günü barəsindəki zənni nədir ? Şübhəsiz ki, Allah insanlara qarşı əlbəttə fəzlin sahibidir. Lakin, onların çoxu şükür etməzlər.
Ələsgər Musayev:
O kəslər ki, iftira edirlər Allahın
üzərinə yalanı, qiyamət gününün barəsində nə zənləri
olacaqdır? Həqiqətən, Allah insanlar üzərində fəzl sahibidir və
lakin əksəriyyəti onların şükr etməz!
A.Mehdiyev və D.Cəfərli:
Allaha qarşı yalan uyduranların Qiyamət günü (barəsi)ndə gümanları nədir? (İftiralarına və şükrü tərk etmələrinə görə əzabdan başqa bir şey gözləyirlər?) Həqiqətən Allah (dünyada) bütün insanlara qarşı lütf və mərhəmət sahibidir və lakin onların çoxu şükr etmirlər.
Kövsər Tağıyev:
Allaha qarşı yalan uyduranların qiyamət günü barəsindəki şübhələri nədir? Şübhəsiz, Allah insanlara qarşı çox lüftkardır, lakin onların çoxu (verdiyi nemətlərə görə Ona) şükür etməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı yalan uyduranlar qiyamət günü barəsində nə düşünürlər? Allah insanlar üçün fəzilət sahibidir. Lakin onların çoxu buna şükr etmir.
Sabirə Dünyamalıyeva:
Və Allaha, yalandan böhtan atanların, qiyamət gününə dair fikirləri, inancları nədir? Həqiqətən, Allah insanlara lütf edəndir, lakin onların çoxu əvəzini vermir.