Əlixan Musayev:
Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qövmü Ad!
Bünyadov-Məmmədəliyev:
Və, beləliklə, dünyada da, qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul–İrəmdir ki, ona Zatul–İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır).
Elmir Quliyev
:
Проклятие будет преследовать их как в этом мире, так и в День воскресения. Воистину, адиты не уверовали в своего Господа. Да сгинут адиты, народ Худа!
Ələddin Sultanov:
Onlar həm bu dünyada, həm də qiyamət günü lənətə məruz qaldılar. Bilin ki, Ad qövmü Rəbbini inkar etmişdi. Hudun qövmü olan Ad (Allahın mərhəmətindən) uzaq olsun!
Kerbelayi Malik ağa:
Bu dünyada və qiyamət günü lənətə düçar oldular və Ad qövmü Rəblərini inkar etmədilərmi? Hudun (ə.s) qövmü Ad (Allahu Təalanın rəhmətindən) uzaq oldu, elə deyilmi?
Ələsgər Musayev:
Bu dünyada və qiyamət gününündə lənətlə müşaiət edərlər. Ə,
məgər yoxmu? Həqiqətən, Adlılar Rəblərinə kafir oldular. Ə,
məgər yoxmu? Ad – Hudun qoumu məhv olacaq!
A.Mehdiyev və D.Cəfərli:
Bu dünyada və Qiyamət günündə onların arxasınca (Allah və insanlar tərəfindən) bir lənət göndərildi. Bilin ki, Ad qövmü özlərinin Rəbbinə kafir oldular və özlərinin Rəbbinə nankorluq etdilər. Bilin! Hudun qövmü Ada nifrin olsun və (Allahın rəhmətindən) uzaq olsunlar!
Kövsər Tağıyev:
Onlar həm bu dünyada, həm də qiyamət günündə lənətə düçar edildilər. Bilin ki, Ad qövmü Rəblərini inkar etdi. (Yenə) bilin ki, Hudun qövmü Ad Allahın rəhmətindən uzaqlaşdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara bu dünyada lənət nəsib edildi, qiyamət günü də (ediləcək). Bəli, həqiqətən, Ad tayfası öz Rəbbinə küfr etdi. Hud camaatından olan Ad (tayfası) (Allahın mərhəmətindən) uzaq oldu.
Sabirə Dünyamalıyeva:
Bu dünyada və qiyamət günündə onların arxasınca lənət göndərildi. Xəbəriniz olsun! Ad qövmü, Rəbblərinə inanmadı. Xəbəriniz olsun! Hudun qövmü olan Ad qövmünə məhv olmaq/tarixdən silinmək [payı] verildi.