Əlixan Musayev:
Yaramaz sifət axirətə inanmayanlara xasdır. Ən Uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Ən pis sifət (evlənmək üçün qadınlara ehtiyac hiss etdikləri halda, qız uşaqlarını diri-diri torpağa basdırmaq) axirətə inanmayanlara, ən yüksək sifət (vəhdaniyyət) isə Allaha məxsusdur. Allah yenilməz qüvvət (qüdrət) sahibi, hikmət sahibidir!
Elmir Quliyev
:
Скверно описание тех, кто не верует в Последнюю жизнь, а описание Аллаха — самое возвышенное, ведь Он — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Pis sifətlər (xüsusiyyətlər) axirətə inanmayanlara məxsusdur. Ən uca sifətlər isə Allaha məxsusdur. O, yenilməz qüvvət və hikmət sahibidir!
Kerbelayi Malik ağa:
Ən pis sifət axirətə inanmayanlara aiddir. Uca olma sifəti Allaha aiddir. O, Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
O kəslər üçün ki, axirət ilə
inanmırlar, məsəli pisdir. Allah üçündür ali məsəllər. O
Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Axirətə iman gətirməyənlər üçün (neçəallahlılıq, cansız əşyalara ibadət etmək, qız uşaqlarını öldürmək kimi) pis sifətlər vardır. Allah üçün isə (müqəddəs zatının vəhdəti, vücudunun vacibliyi, camal və cəlal sifətləri ilə vəsf olunmaq kimi) uca və üstün sifətlər vardır. Və Odur yenilməz qüdrət və hikmət sahibi.
Kövsər Tağıyev:
Pis sifətlər axirətə iman etməyənlərə aiddir. Ən uca sifətlər isə Allahındır. O, mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Axirətə inanmayanların bəd sifəti vardır. Ən ülvi sifət isə Allaha məxsusdur. O, qüdrət və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Axirətə iman etməyən kəslər üçün pisliyin eynisi var. Ən uca misal isə, Allaha məxsusdur. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir.