Əlixan Musayev:
Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (Meracda) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman sənə: “Rəbbin (Öz əzəli elmi və qüdrəti ilə) insanları ehtiva etmişdir (onların ixtiyarı Allahın əlində olduğu üçün sənə heç bir şey edə bilməzlər!)”–demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (Cəhənnəmdəki zəqqum adlı) ağacı insanlar (Məkkə əhli) üçün yalnız bir imtahan etdik (görək sənin sözünə inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!
Elmir Quliyev
:
Вот Мы сказали тебе: "Воистину, твой Господь объемлет людей". Мы сделали показанное тебе видение и дерево, проклятое в Коране, искушением для людей. Мы устрашаем их, но это лишь увеличивает их великую непокорность.
Ələddin Sultanov:
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır. (Təfsirçilərin əksəriyyətinə görə, bu ayədəki “mənzərə” deyə tərcümə edilən “الرؤيا / rüya” kəlməsi Həzrət Peyğəmbərin Merac gecəsi gördüyü mənzərələrdir. “Lənətlənən ağac” isə, cəhənnəmdəki Zəqqum ağacıdır.)
Kerbelayi Malik ağa:
Rəbbinin insanları şübhəsiz (rəhməti və elmiylə) əhatə etdiyini sənə söyləmişdik. Sənə (qəlb gözü ilə) göstərdiyimiz o mənzərəni və Qurani Kərimdəki lənətlənmiş ağacı insanlara yalnız fitnə (imtahan) etdik. Biz onları qorxuduruq. Lakin bu onların böyük azğınlıqlarından başqa bir şeyi artırmır.
Ələsgər Musayev:
Onda dedik sənə:
«Həqiqətən, Rəbbin insanlar ilə əhatəlidir!» Etdik o röyanı ki,
sənə göstərmişdik, ancaq insanlar üçün sınaq və Qur’andakı
məlun ağacı. Biz onları qorxuduruq, ancaq bu, onların böyük
tüğyanını artırır!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır.
Kövsər Tağıyev:
Bir vaxt sənə: “Həqiqətən, Rəbbin insanları əhatə etmişdir”, – demişdik. Sənə göstərdiyimiz o röyanı da, Qur`anda lənətlənmiş o ağacı da sırf insanları sınamaq üçün bir vəsilə etdik. Biz onları qorxuduruq. Lakin bu, sadəcə onların böyük azğınlıqlarını (daha da) artırdı.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz senə dedik: "Həqiqətən, senin Rəbbin (öz hikməti ilə) bütün insanları əhatə edib." Biz sənə təlqin etdiyimiz röyanı [isranı] insanlar üçün ancaq bir sınaq etdik, Qurandakı o lənətə gəlmiş ağacı [zəqqum ağacını] da. Biz onları qorxuduruq, bu isə onlarda tüğyanı daha da artırır.
Sabirə Dünyamalıyeva:
Və bir vaxt Biz sənə, "Şübhəsiz ki, Rəbbin insanları əhatə etmişdir" demişdik. Və sənə açıqca göstərdiyimiz o mənzərə və Quranda yaxın düşməməyiniz deyilən qızıl, mal-mülk hərisliyi də ancaq insanları imtahan etmək üçündür. Və Biz onları qorxuduruq, lakin bu, ancaq onların şiddətli azğınlığını artırır.