Əlixan Musayev:
Bax belə! Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, (bilsin ki,) Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!
Bünyadov-Məmmədəliyev:
(Allahın hökmü) budur. Və hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də (müşriklərin müsəlmanları Məkkədən qovduqları kimi) təcavüzə məruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah (özünümüdafiə məqsədilə düşməndən intiqam alan mömin bəndəsini) əfv edəndir, bağışlayandır!
Elmir Quliyev
:
Вот так! Если кто-либо наказывает так, как он сам был наказан, после чего с ним поступают несправедливо, то Аллах непременно поможет ему. Воистину, Аллах — Снисходительный, Прощающий.
Ələddin Sultanov:
Budur! Hər kim (qisas olaraq) özünə verilən cəzaya bərabər bir cəza verərsə, sonra yenə təcavüzə məruz qalarsa, şübhəsiz ki, Allah hökmən ona yardım edəcəkdir. Həqiqətən, Allah çox əfv edəndir, bağışlayandır.
Kerbelayi Malik ağa:
Beləliklə, kim cəzalandırıldığı qədər cəza verər, sonra da ona zülm edilərsə, Allah ona mütləq kömək edər. Şübhəsiz ki, Allah əfv və məğfirət edicidir (günahları savaba çevirəndir).
Ələsgər Musayev:
Budur!
Kim özünə verilən cəzanın misli qədər cəza verərsə, sonra ona
qarşı zülm olunarsa, Allah ona kömək edər. Həqiqətən, Allah
Əfvidir, Ğəfurdur!
A.Mehdiyev və D.Cəfərli:
(İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən Allah (zülmə məruz qalmış şəxsi) əfv edən və bağışlayandır (və bu cür cəzalandırma üsuluna icazə verir).
Kövsər Tağıyev:
Bu belədir. Kim özünə edilən əziyyətin əvəzini misli ilə çıxar, sonra yenə zülmə məruz qalarsa, əlbəttə, Allah ona yardım edər. Heç şübhəsiz, Allah çox əfv edəndir, çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Belə! Kim məruz qaldığı təcavüzə eynilə cavab verərsə, sonra isə ona qarşı zülm edilərsə, Allah ona mütləq kömək edər. Axı Allah əfv edəndir, bağışlayandır.
Sabirə Dünyamalıyeva:
Bax belə! Və kim özünə verilən cəzaya eyni cəza ilə cavab versə, sonra yenə ona haqsızlıq edilsə, həqiqətən Allah ona kömək edər. Şübhəsiz ki, Allah, həqiqətən çox əfv edəndir, çox bağışlayandır.