Ənkəbut Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir. (Sizə dininizə görə bir məşəqqət üz verdiyi zaman məişət çətinliklərindən qorxub başqa ölkələrə hicrət etməkdən çəkinməyin. Allah orada da ruzinizi verəcəkdir. O sizi heç vaxt darda qoymaz!)
Elmir Quliyev :
Сколько есть живых существ, которые не уносят своего пропитания (или не запасаются своим пропитанием)! Аллах наделяет пропитанием их и вас. Он Слышащий, Знающий.
Ələddin Sultanov:
Elə canlılar var ki, ruzisini yanında daşımaz. Allah onlara da, sizə ruzi verir. O hər şeyi eşidəndir, biləndir. (Rəvayətə görə, Həzrət Peyğəmbər Məkkədə müşriklərin əziyyət işgəncələrinə məruz qalan zəif müsəlmanlara hicrət etmələrini söylədiyi zaman onlar: “Biz ora necə gedək? Orada yerimiz, mal-mülkümüz var. Bizi kim yedirib-içirdəcək?” - demişdilər. Bundan sonra yuxarıdakı ayə nazil olmuşdur.)
Kerbelayi Malik ağa:
Heyvanlardan elələri vardır ki, öz ruzisini daşıya bilmir. Allah onlara da, sizə ruzi verir. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
Ələsgər Musayev:
qədər canlılardan vardır ki, öz ruzilərini əldə edə bilmirlər. Allahdır ki, onlara sizə ruzi verir. O Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər (quruda suda yaşayan heyvanların bir çoxu kimi). Onlara da, sizə ruzini Allah verir. O, eşidən biləndir.
Kövsər Tağıyev:
Neçə-neçə canlılar var ki, ruzilərini daşımazlar (azuqə tədarükü görməzlər). Onlara da, sizə Allah ruzi verir. O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz ruzisini daşıya [əldə edə] bilməyən neçə canlı vardır ki, Allah onlara da, sizə ruzi verir. Axı O, hər şeyi eşidəndir, biləndir.
Sabirə Dünyamalıyeva:
Öz ruzisini daşıya bilməyən irili-xırdalı neçə-neçə canlı var ki, onların da, sizin ruzinizi Allah verir. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.