Zümər Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)
Elmir Quliyev :
В День воскресения ты увидишь тех, которые возводили навет на Аллаха, с почерневшими лицами. Разве не в Геенне обитель возгордившихся?
Ələddin Sultanov:
Qiyamət günü Allaha qarşı yalan söyləyənlərin üzlərinin qapqara olduğunu görərsən. Məgər təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdur?!
Kerbelayi Malik ağa:
Qiyamət günü Allaha qarşı yalan danışanların üzlərini qaralmış görərsən. Təkəbbürlənənlərin yeri cəhənnəmdə deyilmi?
Ələsgər Musayev:
Qiyamət günü görərsən o kəslər ki, yalan deyirdi üzərinə Allahın, üzləri qara haldadır. Ə, cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdurmu?
A.Mehdiyev və D.Cəfərli:
Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!
Kövsər Tağıyev:
Qiyamət günü Allaha qarşı yalan söyləyənləri görərsən, üzləri qapqara olmuşdur. Təkəbbür göstərənlər üçün cəhənnəmdə yermi yoxdur!?
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı yalan uyduranları qiyamət günü üzüqara görəcəksən. Məgər təkəbbürlülər üçün cəhənnəmdə yermi yoxdur?
Sabirə Dünyamalıyeva:
o qiyamət günü, Allaha qarşı yalan söyləyən kəsləri üzləri qaralmış olaraq görəcəksən. -Təkəbbür göstərənlər üçün cəhənnəmdə yer yoxdurmu?-