Mömin Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbiniz dedi: “Mənə dua edin, Mən sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.
Bünyadov-Məmmədəliyev:
Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!
Elmir Quliyev :
Ваш Господь сказал: "Взывайте ко Мне, и Я отвечу вам. Воистину, те, которые превозносятся над поклонением Мне, войдут в Геенну униженными".
Ələddin Sultanov:
Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Şübhəsiz ki, Mənə ibadət etməyi tərk edib təkəbbürlənənlər zəlil bir halda cəhənnəmə girəcəklər”.
Kerbelayi Malik ağa:
Rəbbimiz belə buyurdu: ‘Mənə dua edin ki, Mən sizə cavab verim. Mənə qul olmaqdan təkəbbürlənənlər şübhəsiz ki, alçaq zəlil olaraq cəhənnəmə girəcəklər.’
Ələsgər Musayev:
Dedi Rəbbiniz: «Çağırın Məni, Mən cavab verərəm sizə. Həqiqətən, o kəslər ki, təkəbbürlüdürlər Mənim ibadətimdən, daxil olacaqlar cəhənnəmə həmişəlik olaraq!»
A.Mehdiyev və D.Cəfərli:
Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar.»
Kövsər Tağıyev:
Rəbbiniz belə dedi: “Mənə dua edin, duanıza cavab verim. Mənə qulluq etməyi özünə sığışdırmayanlar zəlil halda cəhənnəmə girəcəklər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbiniz dedi: "Məni çağırın, Mən cavab verim. Həqiqətən Mənə ibadət etməkdə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər."
Sabirə Dünyamalıyeva:
sizin Rəbbiniz: "Mənə yalvarın, dua edin ki sizə cavab verim. Şübhəsiz ki, Mənə ibadət etməyib təkəbbür göstərən kəslər tezliklə alçaldılmış olaraq cəhənnəmə girəcəklər" dedi.