Əlixan Musayev:
Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.
Elmir Quliyev
:
Если бы Аллах стал наказывать людей за их несправедливость, то не оставил бы на земле ни одного живого существа. Однако Он предоставляет им отсрочку до назначенного срока. Когда же наступит их срок, они не смогут отдалить или приблизить его даже на час.
Ələddin Sultanov:
Əgər Allah insanları etdikləri haqsızlıqlara görə (bu dünyada) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onları (cəzalarını) təqdir olunmuş bir vaxta qədər təxirə salır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də bir an irəli keçə bilərlər.
Kerbelayi Malik ağa:
Əgər Allah insanları zülmləri səbəbiylə sorğu-suala çəkib dərhal cəzalandırsaydı, yer üzərindəki heç bir canlını sağ buraxmazdı. Lakin onlara müəyyən bir zamana qədər möhlət verər. Artıq onların əcəlləri gəldiyi zaman nə bir saat gecikdirilər nə də bir saat önə alınar.
Ələsgər Musayev:
Əgər Allah insanları zülmlərinə görə
yaxalasaydı, ərzdə canlını tərk etməzdi. Lakin təxirə salır onları
tərəfinə əcəlin toxunanın. Onda ki, gəldi onların əcəli, nə bir
saat təxirə salınar və nə də təqdim olunar.
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər.
Kövsər Tağıyev:
Əgər Allah insanları zülmləri səbəbi ilə dərhal cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) buraxmazdı. Lakin onlara müəyyən bir zamana qədər vaxt verir. Əcəlləri gəlib çatdıqda isə nə bir an geri qala bilərlər, nə də irəli keçə bilərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah etdikləri haqsızlığa görə insanlara cəza versəydi, onda O, yer üzündə kimsəni (salamat) buraxmazdı. Lakin O, onlara müəyyən edilmiş vaxta kimi möhlət verir. Onların əcəli gələndə isə onlar bir an belə nə yubana, nə də tələsə bilərlər.
Sabirə Dünyamalıyeva:
Və əgər Allah, səhv işləri səbəbiylə insanları haqq-hesaba çəkib cəzalandırsaydı, yer üzərində irili-xırdalı bütün canlılardan heç bir şey qalmazdı. Lakin onları müəyyən bir müddətə qədər təxirə salar. Artıq, onların möhlətinin sonu gəlincə də, nə bir saat geri qalar, nə də irəli keçə bilərlər.